`Koroğlu`nu yenə soydular - Bu dəfə 35 min manat


16:12     09 Yanvar 2017 ogurluq%20seyf.jpg

Paytaxt sakini çalışdığı şirkətdən pul oğurlayıb.

Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da "Koroğlu" MMC-yə məxsus seyfdən 35 min manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.

Qeyd edək ki, bir müddət öncə də "Koroğlu" MMC-də satış meneceri işləyən S. Cəfərov şirkətə 12 min manatlıq ziyan vurmaqda təqsirləndirilirdi. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. S. Cəfərova 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2298